Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Adnan Oktar bütün “kedicik” lərlə imam nikahlı imiş

"Mənə itaət etməsəniz, günaha batacaqsız"

30 il Adnan Oktarın yanında olan "kediciyi" Ayşe Pars etiraflarına davam edərək təşkilatın qaranlıq və təhlükəli üzündən danışıb.

PİA.AZ musavat.com-a istinadən xəbər verir ki, Pars, Oktarın sağ qolu olaraq 30 ildir qruplaşmanın içindəki bütün televiziya və internet yayımlarına tək cavabdeh şəxs idi. Həbsdə olan "kedicik" etirafçı olaraq təşkilatla bağlı bütün bildiklərini istintaqla paylaşdığı zaman türmədən çıxıb.

Pars daha öncə TV yayımları zamanı ona aşiq kimi baxmayan "kediciklər"ə A.Oktar tərəfindən işgəncə verildiyini, işgəncədən sonra ağlayan qızlara da "mənə olan sevgilərindən ağlayırlar" dediyini bildirmişdi. Ən stajlı "kediciyə" görə, Adnan Oktar qrupundakı gənc qızları və kişiləri təşkilata bağlamaq üçün fərqli üsullardan istifadə edirmiş. Pars bahalı hədiyyələr, lüks geyimlər və varlı bir həyat tərzi ilə yanaşı, buradan qaçmamaları üçün qadınların şantaj edildiyini də bildirib.

Pars "Star" telekanalının xəbərlər proqramına bu təşkilat haqqında aşağıdakı etirafları edib: "Yayım zamanı qızların əndazəni aşmış geyimləri olurdu. Bu geyim tərzi heç bir şəkildə dini olaraq qəbul edilə bilməzdi. Burada o geyimlərlə o qədər qadına Adnan Oktarın nələr edə biləcəyini təxmin edə bilərsiniz. Yaşı kiçiklər də daxil olmaq üzrə hamısı eyni ortamda idi. Adnan Oktar hər kəslə imam nikahlı idi, ya da qadınları cariyə olaraq almışdı. Statuslarına görə orada belə bir iyerarxiya vardı. Bütün internet işlərinə, efirə cavabdeh mənəm. Amma bir qorxu fırtınası, qorxu imperatorluğu var. "Bacılar" deyilən daha gənc, yeni gəlmiş olan, təşkilata daha zəif bağlarla bağlı insanlar var. "Bacılar" dediyimiz heyətin üzvlərinə isə daha çox istəklərinin bir an öncə yerinə yetirilməsi, iltifatlar, hədiyyələr, qızıllar verərək, bu cür vasitələrlə yanlarında saxlamağa çalışırlar. Bu, bir üsuldur".

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Parsın daha sonrakı açıqlamaları isə aşağıdakı kimidir: "Adnan Oktar 10-15 nəfərlik bir qrupun qabağına oturur və deyir ki, "sənin baxışlarını bəyənmədim, sən gəl qabağıma". Sillə, yumruq vurur, başını yerə əyir, bir yerdən götürüb başqa tərəfə atır, yediyi yeməyi başından aşağı yerə tökür, "qayçı gətirin" deyib, sonra qayçı ilə həmin qadının saçlarını dibindən kəsir, əliylə saçlarını yolurdu".

"Mənə itaət etməsəniz, günaha yol verərsiniz"

"Kediciklər"in təşkilat içərisində ikən ailəsi ilə görüşməsinin yasaq olduğunu deyən Pars 30 illik təşkilat həyatı boyunca ailəsindən sadəcə anası ilə 2 və ya 3 dəfə görüşdüyünü deyib: "Ailələrlə görüşməyə icazə verilmirdi. Bu, bir cinayətdir onsuz da. Müəyyən periodlarda ailənlə şahidlərin müşayiəti ilə görüşə bilərsən. Məsələn, əgər ananla görüşməyə getmisənsə, şahid evdə oturanda yanında olur. Ya da məsələn, mətbəxə özünə çay tökməyə gedirsənsə, anan da səninlə mətbəxdədirsə, şahid mütləq yanınıza gəlir. Ananla heç vaxt səni tək qoymurlar. Adnan Oktarın ən sevdiyi şey ona itaət edilməsidir. Oktar "kediciklər"ə deyirdi ki, əgər mənə itaət etməsəniz, günaha yol verərsiniz".

Oktarın sirrini açdı: "Gizli pultu vardı..."

Oktarın heç kimə etibar etmədiyini deyən Pars televiziya yayımlarını da özəl pultla idarə etdiyini bildirib. Onun sözlərinə görə, bu pult da bilavasitə Oktarın oturduğu stolun altına yerləşdirilib. Əlində bir on-of düyməsi var, oradan səsi bağlayır. Hətta rejissor otağına səsin gəlməməsinə nail olur. Bu günə qədər Adnan Oktarın verilişlərini izləmisizsə, mütləq görmüş olarsız. Çox vaxt bunu unutduğu üçün yayıma səssiz başlayardıq. "Yayım bitdi, 5 dəqiqə fasilə verək" dediyi anda bütün kameraları mütləq bağladır".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar